logo

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

12:32 28-02-2023 | icon 3703
BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir

Martın 2-də Birləşmiş Millətlər Təşkilatının(BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Ksaba Korösi Azərbaycana səfərə gələcək. 

YeniAvropa xəbər verir ki, bu barədə BMT-nin Azərbaycan nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, səfərdə məqsəd  martın 1-3-də Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş Sammitində iştirak etməkdir.

BMT rəsmisi Sammitdəki çıxışında dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan yeni reallığa ehtiyacın olduğuna toxunacaq.

Ksaba Korösinin prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri də planlaşdırılıb.

Səfər martın 3-də başa çatacaq.