logo

İstehlaka yararsız 3,9 ton yağ məhsulu utilizasiya edilib

17:57 27-02-2023 | icon 959
İstehlaka yararsız 3,9 ton yağ məhsulu utilizasiya edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının qeyri-qida sənayesində istifadəsi məqsədilə təyinatının dəyişdirilməsi ilə əlaqədar daxil olan müraciəti əsasında məhsulların zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərar qəbul edilib.

Ümumi çəkisi 3,9 ton müxtəlif növ yağ məhsulu “Bioropean” MMC-yə məxsus təkrar emal müəssisəsində əridilərək biodizel xammalı üçün təyinatı dəyişdirilib.