logo

AQTA Bərdədəki nöqsanlı şadlıq evini qapatdı

11:55 27-02-2023 | icon 854
AQTA Bərdədəki nöqsanlı şadlıq evini qapatdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bərdə rayonunun Şirvanlı kəndində fiziki şəxs Cəfərov Fəxri Musa oğluna məxsus “Fərid” şadlıq evində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, döşəmə, divar və tavanın tamlığının pozulduğu və asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, mətbəx sahəsində döşəmədə çirkab suların axıdılması məqsədilə drenaj sistemin qurulmadığı, qida ilə təmasda olan işçi masaların səthlərinin asan təmizlənmə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi, işçi heyətin şəxsi gigiyenası məqsədilə əlyuma çanaqlarının yerləşdirilmədiyi və digər nöqsanlar aşkar olunub.

Nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.