logo

Sumqayıtda avtobus sürücüsü sükan arxasında keçinib

12:32 23-02-2023 | icon 1421
Sumqayıtda avtobus sürücüsü sükan arxasında keçinib

Sumqayıtda avtobus sürücüsü sükan arxasında ürək tutmasından keçinib.

YeniAvropa xəbər verir ki,hadisə Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, şəhərdə fəaliyyət göstərən müəssisələrdən birinin avtobusunun sürücüsü - 1961-ci il təvəllüdlü Xəlil Cavadov nəqliyyat vasitəsi hərəkətdə olarkən ürəktutmasından ölüb.

Avtobusda sürücü tək olub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.