logo

İlham Əliyev Yaponiya imperatorunu təbrik edib

11:11 23-02-2023 | icon 4382
İlham Əliyev Yaponiya imperatorunu təbrik edib

Prezident İlham Əliyev Yaponiya imperatoru Naruhitoya təbrik məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Məktubda deyilir: "Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Xatırladaq ki, Yaponiya İmperatoru Naruhitonun 63 yaşı tamam olur. O, 2019-cu il mayın 1-də taxta çıxıb.