logo

Sabah Bakıya sulu qar, bəzi rayonlara isə qar yağacaq

13:33 22-02-2023 | icon 1092
Sabah Bakıya sulu qar, bəzi rayonlara isə qar yağacaq

Azərbaycanda fevralın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildirilib ki, fevralın 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün ikinci yarısından başlayaraq arabir yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, günün birinci yarısında 8°-dək isti, axşama doğru 0-3° isti olacaq.

Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət isə 65-75 faiz olacaq.

Gecə və səhər əsasən Azərbaycanın şimal və qərb rayonlarında, axşama doğru isə əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-3° şaxta olacaq.