logo

Lerik rayonunda zəlzələ olub

12:12 22-02-2023 | icon 1687
Lerik rayonunda zəlzələ olub

Fevralın 22-də Yardımlı seysmoloji stansiyasından 22 kilometr cənub-şərqdə - Lerik rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 7.25-da qeydə alınan zəlzələnin ocağı 27 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,1-ə bərabər olan zəlzələ hiss olunmayıb.