logo

Azərbaycan əhalisinin sayı 10 milyon 127 min nəfəri ötüb

19:20 20-02-2023 | icon 1050
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min nəfəri ötüb

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 127 min 145 (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla) nəfər təşkil edib.

YeniAvropa Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, əhalinin 54,6 faizi şəhər, 45,4 faizi kənd sakinlərindən, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarətdir.

Bildirilib ki, cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,1 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,8 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.

Ölkə üzrə bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər olub. Həmin göstərici Bakı şəhərində 1092 nəfər təşkil edib. Abşeron-Xızı (234 nəfər), Lənkəran-Astara (153 nəfər) iqtisadi rayonlarında isə ölkə səviyyəsindən yüksək olub.