"Anadolu atəşi" Bakıda möhtəşəm rəqs şousu göstərib
Fevralın 19-da “Baku Crystal Hall”un səhnəsində Türkiyənin dünyaşöhrətli, əfsanəvi "Anadolu atəşi" rəqs kollektivinin növbəti möhtəşəm rəqs şousu təşkil olunub.
YeniAvropa xəbər verir ki, əvvəlcə Türkiyədə baş vermiş təbii fəlakəti əks etdirən videoçarx nümayiş olunub və "Anadolu atəşi"nin kollektivi faciə qurbanlarının xatirəsini səhnəciklə yad ediblər.
Ansamblın öz qeyri-adi şou proqramına yüksək peşəkarlıqla ifa olunan şux və oynaq rəqslər, türk folkloru, dünya xalqlarının rəqslərindən nümunələr, səhnələşdirilmiş rəqs kompozisiyaları, qılıncoynadanların, nağaraçalanların məharətli çıxışları, habelə rəngarəng səhnə tərtibatı, solo nömrələr, kütləvi dramatik səhnələr daxildir.
Rəqs kollektivi şoularında solo nömrələr, kütləvi dramatik səhnələr ifa etməklə yanaşı, “canlanan” dekorasiyalar qurub və qədim əfsanələri səsləndirib.
Azərbaycanda bir neçə dəfə möhtəşəm proqramla çıxış edən “Anadolu atəşi” həmişə olduğu kimi, bu dəfə də auditoriyanın rəğbətini qazanıb.
Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar vaxtı dəyişdirilən şou-proqramdan əldə olunan vəsait zəlzələdən zərərçəkənlərə ayrılacaq.
Xatırladaq ki, 2002-ci ildə qastrol səfərlərinə başlayan qrup dünyanı gəzib. “Anadolu atəşi” 106 ölkədə 50 milyona yaxın tamaşaçı tərəfindən izlənilib. Yeni Zelandiya, Cənubi Koreya, ABŞ, Almaniya, Fransa, İspaniya, İtaliya, Azor adaları, Meksika, Yaponiya, Çili, Çin bu ölkələrdən yalnız bəziləridir.
“Anadolu atəşi” qonaq qismində davamlı olaraq dünya səviyyəli tədbirlərdə iştirak edir ki, bunlara misal olaraq Bəhreyndə keçirilən “Formula-1” yarışlarını, Qətərdə Asiya Olimpiya Oyunlarını, 2008-ci il Olimpiadasını və Çində keçirilən Asiya Sivilizasiyalarının Mədəniyyət Karnavalını, İstanbulda UEFA Kubokunun finalını göstərmək olar.
Türkiyənin “Anadolu atəşi” rəqs ansamblı iki dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Ən sürətli rəqs performansı (dəqiqədə 241 pa) və ən böyük tamaşaçı auditoriyası (Türkiyədə Ereqlidə 400 min tamaşaçı) qrupun bu günə qədər əldə etdiyi nailiyyətlərdən bəziləridir.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir