logo

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

12:12 19-02-2023 | icon 896
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildirilib ki, ölkə ərazisində hava əsasən yağmursuz keçib, Bakıda külək güclənib, havanın temperaturu iqlim normasından yuxarı olub.

Cənub-qərb küləyi arabir Göyçay, İsmayıllı, Şamaxıda 20 m/s, Şəki, Qobustanda 19 m/s, Daşkəsən, Tərtərdə 18 m/s, Kəlvəzdə 15 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb, fevralın 19-u səhər saatlarından külək 13 m/s-dək mülayimləşib.

Havanın temperaturu Bakıda iqlim normasından 1.3° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Naxçıvanda 10°-dək isti, dağlıq rayonlarda 5°-dək isti, aran rayonlarında 15°-dək isti olub.