logo

Gənc sərhədçilərin andiçmə mərasimi keçirilib

09:29 18-02-2023 | icon 868
Gənc sərhədçilərin andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Mərasimdə hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Vətənə, dövlətə, xalqa və dövlətçiliyə sədaqət andı içərək müqəddəs dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini üzərinə götürən gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.