logo

Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya səfərə gedir

13:33 17-02-2023 | icon 1792
Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 17-də KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının 28-ci sessiyasında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabon şəhərinə səfərə gedəcək.

YeniAvropa xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, sessiya qurumun mənzil-qərargahının yerləşdiyi Lissabon şəhərində fevralın 20-də keçiriləcək. Mərkəzin Katibliyinin yeni rəhbərliyinin iştirakı ilə keçiriləcək sessiya uzun müddət videokonfrans formatından sonra ilk dəfə əyani baş tutacaq.

KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə sessiyada əsas məruzəçi qismində çıxış edəcək.