logo

Zəlzələ “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinə ciddi ziyan  vurmayıb

13:13 17-02-2023 | icon 4613
Zəlzələ “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinə ciddi ziyan  vurmayıb

"BP" şirkəti SOCAR və “Boğaz International Limited” ilə birgə Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra “Bakı-Tbilisi-Ceyhan”(BTC) boru neft kəmərində və onun obyektlərində yoxlama keçirib.

YeniAvropa xəbər verir ki, bu sözləri "BP" şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bu gün şirkətin 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.

Qeyd edib ki, yoxlama nəticəsində boru kəmərlərinə və nasos stansiyalarına ciddi ziyan dəymədiyi aşkarlanıb. Buna görə də boru kəməri ilə neftin ixracı dayandırılmayıb. Gələn həftədən isə Bakı-Tbilisi-Ceyhan terminalı ilə əməliyyatlar tam bərpa olunacaq.

Qari Counz, həmçinin əlavə edib ki, Türkiyədə baş verən zəlzələyə 5 milyon ABŞ dolları yardım ayrılıb. "BP" bundan əlavə, Türkiyəyə yanacaq göndərməklə də dəstək olub.