logo

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

10:50 17-02-2023 | icon 854
DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi(BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə BDYPİ-dən məlumat verilib. Belə ki, İdarə qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, qarın yağması ilə yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş edir. Hərəkət iştirakçıları xüsusilə səhər və axşam saatlarında yolların sürüşkən olduğunu nəzərə almalı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməli, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmalıdırlar. İdarə sürücülərdən yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi də xahiş edir.

“Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlara təhlükəsizlik baxımından məsuliyyətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi tövsiyə edirik”, -deyə müraciətdə bildirilir.