logo

Berdədə Tərtər sakinini öldürən cərrahın məhkəməsi başlayır

15:15 16-02-2023 | icon 924
Berdədə Tərtər sakinini öldürən cərrahın məhkəməsi başlayır

Tərtər rayon sakini Sahilə Əsədovanın ötən il iyulun 8-də Bərdə Diaqnostika Mərkəzində ölməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bərdə rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, istintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bərdə rayon Məhkəməsinə göndərilib.