logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb

15:05 16-02-2023 | icon 854
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 68 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarılan 110 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.