logo

Xəzər dənizində zəlzələ olub

17:57 15-02-2023 | icon 931
Xəzər dənizində zəlzələ olub

Fevralın 15-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 15:42-də qeydə alınan zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.