logo

VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır

17:35 15-02-2023 | icon 1085
VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır

Fevralın 15-dən təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır.

YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Qrant müsabiqəsi barədə ətraflı məlumatı elan vasitəsilə əldə etmək olar.