logo

Naxçıvanda ölü doğulan uşağa görə cinayət işi başlanıb

16:56 15-02-2023 | icon 889
Naxçıvanda ölü doğulan uşağa görə cinayət işi başlanıb

Babək rayon sakini, 2000-ci il təvəllüdlü Zenfira Quliyevanın “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan YeniAvropa-ya  daxil olan məlumatda bildirilib ki, xəstəxananın həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun istintaq şöbəsində davam etdirilir.