logo

Yevlax sakini çoxsaylı bıçaq yarası ilə gətirildiyi xəstəxanada ölüb

22:12 13-02-2023 | icon 784
Yevlax sakini çoxsaylı bıçaq yarası ilə gətirildiyi xəstəxanada ölüb

Fevralın 13-ü saat 20:30 radələrində 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib verilən məlumata görə, hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.