logo

Novruz bayramı martın ayının 20-də qeyd ediləcək

16:33 13-02-2023 | icon 1834
Novruz bayramı martın ayının 20-də qeyd ediləcək

Bu il Azərbaycanda Novruz bayramı martın ayının 20-də qeyd ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd edilib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01.24.24-ə təsadüf edəcək.Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Odur ki, bu il fevralın 21-də ilk - Su çərşənbəsi, 28-də Od çərşənbəsi, martın 7-də Yel çərşənbəsi, 14-də isə Torpaq çərşənbəsi olacaq.