logo

Dubaydan Maxaçqalaya uçan təyyarə Bakıya məcburi eniş edib

10:20 12-02-2023 | icon 700
Dubaydan Maxaçqalaya uçan təyyarə Bakıya məcburi eniş edib

“FlyDubai" aviaşirkətinə məxsus Dubay-Maxaçqala reysini həyata keçirən təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, “Boeing 737” təyyarəsi yerli vaxtla saat 03:52-də Bakı hava limanına eniş edib.

Hava gəmisinin sərnişinləri və heyəti hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.