logo

Siyəzəndə “Audi” yük maşınına çırpılıb:3 nəfər ölüb

16:58 11-02-2023 | icon 826
Siyəzəndə “Audi” yük maşınına çırpılıb:3 nəfər ölüb

 Bu gün  saat 15:20 radələrində Siyəzən rayonu Heydər Əliyev küçəsində 3 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, qəza nəticəsində Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsində kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan 3 sərnişin isə ölüb.

Faktla bağlı araşdırma aparılır.