logo

Şuşa iki beynəlxalq elmi konfransa ev sahibliyi edəcək

11:55 11-02-2023 | icon 1001
Şuşa iki beynəlxalq elmi konfransa ev sahibliyi edəcək

Şuşada “Əhməd bəy Ağaoğlu və Türk dünyası”, “Şuşa Türk dünyası tarixində” adlı beynəlxalq konfranslar keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Həmçinin qərarda Şuşada “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminarın keçirilməsi və “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı da nəzərdə tutulur.

İl ərazində təşkil ediləcək bu konfranslarla bağlı işlərin icrası Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəliyinə tapşırılıb.