logo

Azərbaycanın göndərdiyi növbəti humanitar yardım Adanaya çatıb

09:49 11-02-2023 | icon 868
Azərbaycanın göndərdiyi növbəti humanitar yardım Adanaya çatıb

Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib  ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.

Təyyarədə olan 240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.