Azərbaycanda radiotezliklər 10 il müddətinə veriləcək
Radiospektr idarəçiliyi sahəsində münasibətlərin effektiv formada tənzimlənməsi, təkmilləşdirilməsi, eyni zamanda, radiotezlik spektrinin ayrılması və istifadəsində şəffaflıq, ədalətlilik prinsiplərinə riayət olunması, hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklər edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, yeni dəyişikliyə əsasən, ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq. Radioxidmətlər üzrə yeni texnologiyaların sürətli inkişafı, həmçinin beynəlxalq və regional telekommunikasiya təşkilatları tərəfindən mütəmadi olaraq radiotezlik zolaqlarının istifadə təyinatının dəyişdirilməsi üzrə qəbul edilən qərarlar radiotezliklərin müddətli ayrılmasını zəruri edirdi.
Qeyd edək ki, əksər ölkələrdə (Rusiya, Belarus, Gürcüstan, Ukrayna, Polşa, Sloveniya, Cənubi Koreya və sair) radiotezliklər istifadə üçün müddətli ayrılır.
Həmçinin radiotezliklərdən istifadəyə dair bağlanacaq müqavilədə tərəflərin öhdəlikləri yeni qaydalara əsasən müəyyənləşdiriləcək. Müqavilə bağlandıqdan sonra istifadəçi tərəfindən öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda, eləcə də ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə radiotezliklərin ayrılması haqqında qərar ləğv ediləcək.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə “Maddə 362-3. Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi” barədə yeni maddə əlavə edilib. Həmçinin mövcud 363-cü maddənin adı dəyişdirilərək “Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsi” adlandırılıb, maddənin tərkib hissəsinə müvafiq əlavələr olunub.
İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər radiotezliklərdən və həmin radiotezliklərə köklənmiş radioelektron vasitələrindən müvafiq qərar və radioelektron vasitələrinin istifadəsinə icazə vərəqəsi olmadan istifadə edilməsinin qarşısının alınmasına, dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbəyi sayılan radiorabitə vasitələrinin qurulmasına və istismarına, müvafiq icazə olmadan rabitə şəbəkələrinə qoşulmağa, radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların istehsalına, əldə edilməsinə, idxalına, istifadəsi və qeydiyyatı qaydalarının pozulması hallarının qarşısının alınmasına, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların mövcud qayda və qanunlara uyğun istismar olunmasına, efir məkanının təhlükəsizliyinin təmin edilməsinə, qeyri-qanuni fəaliyyət göstərən subyektlərin inzibati qaydada cəzalandırılmasına və onların belə əməllərdən çəkinməsinə şərait yaradacaq.
Bu dəyişikliklər üzrə müvafiq Qanunların tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2023-cü il fevralın 4-də müvafiq Fərmanlar imzalanıb və Nazirlər Kabineti tərəfindən lazımi qaydaların hazırlanması barədə tədbirlər müəyyənləşdirilib.
Sözügedən qanunların tətbiqi, eləcə də beynəlxalq standartlar və qabaqcıl dünya ölkələrinin təcrübələri nəzərə alınmaqla Fərmanda hazırlanması nəzərdə tutulan yeni qaydaların tətbiqi nəticəsində radiotezliklərdən icazəsiz və qeyri-səmərəli istifadə halları azalacaq, onlardan istifadə üzrə əlçatanlıq və ədalətli bölgü təmin ediləcək.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov