Ötən ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olub.
YeniAvropa xəbər verir ki,bu barədə "BP"dən bildirilib.
Qeyd edilib ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından "BP"nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.