logo

Nehrəm kəndində məktəbin çökməsi ilə bağlı cinayət işi başlanıb

11:55 10-02-2023 | icon 798
Nehrəm kəndində məktəbin çökməsi ilə bağlı cinayət işi başlanıb

Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı 2022-ci il martın 31-də binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfərin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb. Bildirilib ki, araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub.

Daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma materialı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öyrənilib və həmin qərar fevralın 8-də ləğv edilərək Cinayət Məcəlləsinin 222.4-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.