logo

Yardımlıda keçmiş məhkumdan 39 kq narkotika götürülüb

10:30 10-02-2023 | icon 819
Yardımlıda keçmiş məhkumdan 39 kq narkotika götürülüb

Yardımlı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitələr, psixotrop maddə və güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Namik Ağayev saxlanılıb. Həmin şəxsin dərədə, kolluq ərazidə gizlətdiyi torbalardan ümumilikdə 35 kiloqram 400 qram marixuana, 3 kiloqramdan artıq heroin, 476 qram metamfetamin, 30 ədəd güclü təsiredici xassəyə malik müxtəlif növ həblər aşkarlanaraq götürülüb.

Araşdırma zamanı Namik Ağayevin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qaçaqmalçılıq yolu ilə əldə etdiyi narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyiləcək yerlərdə gizlətməli olduğu müəyyən edilib.

Faktla bağlı Yardımlı rayon Polis Şöbəsində araşdırma aparılır.