logo

Dövlət Sərhəd Xidməti işə qəbul elan edir

13:33 09-02-2023 | icon 952
Dövlət Sərhəd Xidməti işə qəbul elan edir

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edir.

Qurumun mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki,Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, həkim-terapevt, həkim-cərrah, üz çənə cərrahı, həkim-kardioloq, həkim-ginekoloq, həkim-oftalmoloq, həkim-uroloq, həkim radioloq, həkim-infeksionist, həkim-psixiatr, həkim-endoskopist, həkim-hematoloq, həkim-sanepidemioloq, dəri-zöhrəvi həkimi, funksional diaqnostika kabinetinin həkimi, travmatoloq-ortoped, ordinator həkim-otolorinqoloq, anestezioloq-reanimatoloq, feldşer ixtisasları üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.

Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı, fiziki cəhətdən sağlam olmalı, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.

Namizədlər DSX-nin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Əlavə məlumat üçün ünvan Bakı şəhəri, Z.Əliyeva küçəsi 30-dur. Əlaqə nömrəsi (012) 564-16-92, (012) 493-62-47-dir.