Dənizdə dalğanın hündürlüyü 4,8 metrə çatıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 9-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 46, Ağdərədə (Ordubad) 28, Şəkidə 23, Ləzədə 20, Şahdağda 18, Xınalıqda 16, Xaltanda 14, Qrızda 12, Lerikdə 11, Qusarda 10, Şamaxı, Qubada 9, Şahbuz, Gədəbəydə 8, Daşkəsən, Altıağacda 7, Göygöldə 4, Oğuzda 3, Qobustanda 2, Naxçıvan, Qəbələ, Zaqatala, Xaçmaz, İsmayıllı, Astarada 1 santimetr təşkil edib.
Düşən yağıntının miqdarı Astarada 25, Şamaxıda 20, Qax, Şəkidə 12, Lerikdə 11, Lənkəranda 10, Oğuz, Şahbuzda 8, Ləzə, Qəbələdə 7, Zaqatalada 6, Balakən, Yardımlıda 4, Mingəçevir, Xınalıq, Naxçıvanda 2, Şərurda 1 millimetrədək olub.
Şimal-qərb küləyi əsib, arabir Neftçalada saniyədə 20, Xaltanda 15, Bakıda və Abşeron yarımadasında isə 36 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Naftalan, Gəncə, Naxçıvan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qax, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Fevralın 8-də Bakıda temperatur iqlim normasından 1.5° aşağı olub. Belə ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1°-dək şaxta, Naxçıvanda 10°-dək şaxta, dağlıq rayonlarda 10-15° şaxta, aran rayonlarında 1°şaxtadan 1°-dək isti təşkil edib.
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib
Şuşaya ilk turist səfəri təşkil olunub
İlham Əliyev Tərtərin Talış kəndində Novruz tonqalını yandırıb və xalqa müraciət edib
Sabah Bakıda şimal küləyi əsəcək, 18° isti olacaq
Bakıdan Qəbələyə ilk sürətli sərnişin qatarı yola düşüb
Ötən ay Azərbaycandan 6,4 milyon ton neft nəql olunub
Mehriban Əliyeva Tərtərin Talış kəndindən paylaşım edib
Ermənistan ATƏT-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyən bəyanatın qəbuluna mane olub
DSX sərhəddəki tıxaclara aydınlıq gətirib
Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək