İlham Əliyev görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Açılış mərasimində prezident İlham Əliyev çıxış edib: "Sabahınız xeyir olsun. Bu gün biz görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışına toplaşmışıq. Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkarı Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir. Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır.
Onun əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır. Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir. Eyni zamanda, onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutmuşdur.
Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilmişdir. Onun yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur, şəhərimizin küçələrindən birinə onun adı verilmişdir, eyni zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə ucaldılır. Onu da bildirməliyəm ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Tofiq Quliyevə Azərbaycanın ovaxtkı ən ali ordeni olan “İstiqlal” ordeni verilmişdir.
Atam Heydər Əliyevi Tofiq Quliyevlə sıx dostluq əlaqələri bağlayırdı. Onlar onilliklər ərzində bir-birinə böyük hörmət göstərən insanlar idi. Baxmayaraq ki, Heydər Əliyev Azərbaycanın ovaxtkı Kommunist Partiyasının rəhbəri idi, ondan sonra müstəqil Azərbaycanın Prezidenti idi, Tofiq Quliyev isə ömrü boyu siyasətdən uzaq bir insan idi. O, sadəcə olaraq, öz yaradıcılığı ilə Azərbaycana həm sovet dövründə, həm müstəqillik dövründə o qədər böyük töhfə vermişdi ki, hamımız, hətta onu tanımayanlar da onun obrazını özümüz üçün çox əziz və yaxın tuturduq. Atam isə onu yaxından tanıyan insan kimi bilirdi ki, Tofiq Quliyev nə qədər böyük insani keyfiyyətlərə malik idi.
Onların dostluğu çox təbii idi, səmimi idi, təmənnasız idi, əsl dostluq idi. Tofiq Quliyevin 80 illik yubileyində Ulu Öndər Heydər Əliyev məşhur sözləri demişdir, yəqin ki, hamımız o sözləri xatırlayırıq - biz hamımız dünyadan gedəcəyik, ancaq Tofiq Quliyevin musiqisi daim yaşayacaqdır. Artıq o gündən 26 il keçib və nə qədər dəqiq, həqiqətə uyğun sözlərdir, indi biz bunu bir daha görürük. Heç birimizdə şübhə yoxdur ki, əsrlər keçdikcə bu unudulmaz musiqi, bu mahnılar, Azərbaycan xalqının musiqi istedadını əyani şəkildə göstərən əsərlər yaşayacaq, bizi və sonrakı nəsilləri sevindirəcək.
Mən bu gözəl hadisə münasibətilə, ilk növbədə, Tofiq Quliyevin ailə üzvlərini, Azərbaycan musiqi ictimaiyyətini və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Sağ olun".
Sonra prezident İlham Əliyev Tofiq Quliyevin ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.
Beyləqanda rüşvət alan vəzifəli şəxslərə cinayət işi açılıb
“Gənclik” metrostansiyasında əslində nə baş verib?
Bu gün 467 doza vaksin vurulub
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub
Bakıda Azərbaycan-Çexiya siyasi məsləhətləşmələri keçirilib
XİN: Ceyhun Bayramov İsraildə İrana qarşı hər hansı mövqe səsləndirməyib
Lukaşenko Rusiya qoşunlarını Belarusa yerləşdirdi
Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək
Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq-Baş katib
Milli Məclisin növbəti iclasında 29 məsələyə baxılacaq
Prezident Zaqatalada yol tikintisinə 6,7 milyon manat ayırdı
Sabah Bakıda arabir yağış yağacaq, 8° isti olacaq
Prezidentin təyyarəsindən mülki aviasiyada istifadə olunacaq
Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Nazirliyin mətbuat katibi Dövlət Xidmətində müşavir oldu
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Daha 2 boksçumuz beynəlxalq turnirin finalına yüksəlib
Faktiki hava: Göygöl, Qusar, Gədəbəy və Daşkəsənə qar yağıb
ABŞ səfirliyi jurnalistika üzrə magistr proqramını elan edir
Dövlət sərhədini pozmaq istəyən iki nəfər saxlanılıb
Azərbaycan nefti 80,85 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb
BMT-nin yüksək səviyyəli iclasında Ermənistanın ekoloji terrorundan danışılıb
Cüdoçularımız Antalya “Böyük dəbilqə”sində mübarizəyə başlayırlar
Azərbaycanlıların 1918-ci il soyqırımından 105 il ötür