logo

Tovuzda ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

12:52 08-02-2023 | icon 7084
Tovuzda ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ 21011” və “Mitsubishi” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”da olan 4 nəfərdən 2-si ölüb, 2 nəfər isə xəsarət alıb.

 Hadisə zamanı “Mitsubishi”dəki 2  nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hazırda xəsarət alanların və ölənlərin kimliyi dəqiqləşdirilir.