Laçın-Xankəndi yolunda etiraz aksiyasının 59-cu günü
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 59 gündür davam edir.
YeniAvropa xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Beyləqanda rüşvət alan vəzifəli şəxslərə cinayət işi açılıb
“Gənclik” metrostansiyasında əslində nə baş verib?
Bu gün 467 doza vaksin vurulub
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub
Bakıda Azərbaycan-Çexiya siyasi məsləhətləşmələri keçirilib
XİN: Ceyhun Bayramov İsraildə İrana qarşı hər hansı mövqe səsləndirməyib
Lukaşenko Rusiya qoşunlarını Belarusa yerləşdirdi
Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək
Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq-Baş katib
Milli Məclisin növbəti iclasında 29 məsələyə baxılacaq
Prezident Zaqatalada yol tikintisinə 6,7 milyon manat ayırdı
Sabah Bakıda arabir yağış yağacaq, 8° isti olacaq
Prezidentin təyyarəsindən mülki aviasiyada istifadə olunacaq
Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Nazirliyin mətbuat katibi Dövlət Xidmətində müşavir oldu
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Daha 2 boksçumuz beynəlxalq turnirin finalına yüksəlib
Faktiki hava: Göygöl, Qusar, Gədəbəy və Daşkəsənə qar yağıb
ABŞ səfirliyi jurnalistika üzrə magistr proqramını elan edir
Dövlət sərhədini pozmaq istəyən iki nəfər saxlanılıb
Azərbaycan nefti 80,85 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb
BMT-nin yüksək səviyyəli iclasında Ermənistanın ekoloji terrorundan danışılıb
Cüdoçularımız Antalya “Böyük dəbilqə”sində mübarizəyə başlayırlar
Azərbaycanlıların 1918-ci il soyqırımından 105 il ötür