logo

Ərdoğan Türkiyənin 10 vilayətində fövqəladə vəziyyət rejimi elan edib

15:55 07-02-2023 | icon 1344
Ərdoğan Türkiyənin 10 vilayətində fövqəladə vəziyyət rejimi elan edib

Bu gün günorta saatlarına olan məlumata əsasən Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3549 nəfərə, yaralananların sayı 22 min 168 nəfərə çatıb.

YeniAvropa "TRT" telekanalına istinadla xəbər verir ki, zəlzələnin fəsadları barədə son məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Dövlət başçısı bildirib ki, zəlzələnin təsirinə məruz qalmış 10 vilayətdə üç aylıq fövqəladə vəziyyət rejimi elan olunub. Axtarış-xilasetmə işlərinə 53 min 317 xilasedici, polis əməkdaşı və hərbçi, minə yaxın təcili yardım maşını, 5 min tibb işçisi cəlb edilib. Zəlzələ bölgəsində dərslərə fevralın 20-dək ara verilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.