logo

"Jiquli" ilə toy karvanında avtoxuliqanlıq etdi-saxlanıldı

14:54 07-02-2023 | icon 903
"Jiquli" ilə toy karvanında avtoxuliqanlıq etdi-saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, araşdırmalarla Elcan Cəfərovun özünəməxsus “VAZ” markalı avtomobillə toy karvanında dövlət qeydiyyat nişanını gizlədərək avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşdığı məlum olub. Həmin şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.

Bundan başqa, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan olunmasına baxmayaraq konstruksiya dəyişikliyi edərək təhlükəli manevrlər etməsi də məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələrinin istifadəsinə icazə verilib.