logo

Meriya hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

12:12 07-02-2023 | icon 994
Meriya hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 9-na kimi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qeyd olunanlarla bağlı meriya paytaxt sakinlərinə müraciət edərək, əhalini gözlənilən hava şəraiti ilə bağlı müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq və avtomobilləri saxlamamaq tövsiyə olunur.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları xüsusi, gücləndirilmiş iş rejimində çalışacaqlar.