logo

Bu gün Azərbaycanda vaksin vurulmayıb

17:58 06-02-2023 | icon 1484
Bu gün Azərbaycanda vaksin vurulmayıb

Fevralın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 943 min 868, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 706, ikinci mərhələ üzrə 4 milyon 877 min 327, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 507, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 328-dir.