logo

Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxub

17:47 06-02-2023 | icon 1575
Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 828 min 85 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 816 nəfər müalicə olunaraq sağalıb, 10 min 96 nəfər vəfat edib. Aktiv xəstə sayı 173 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 619, bu günə qədər isə ümumilikdə 7 milyon 496 min 659 test icra olunub.