logo

Vətəndaşlara qarşı dələduzluq edən 3 nəfər həbs edilib

16:16 06-02-2023 | icon 903
Vətəndaşlara qarşı dələduzluq edən 3 nəfər həbs edilib

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan İlkin Babayev, Eldar Muradov və digərlərinin özlərini dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək işlə təmin edilməsinə kömək göstəriləcəyi barədə yalan vəd verməklə şəxslərə məxsus 150 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya  bildirilib ki, fakta görə başlanmış cinayət işi üzrə qrup üzvləri Cinayət Məcəllənin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

İş üzrə digər qanunazidd halların müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.