logo

DİN: İki gündə 70 kq-dan çox narkotika götürülüb

11:33 06-02-2023 | icon 945
DİN: İki gündə 70 kq-dan çox narkotika götürülüb

Polis əməkdaşlarının fevralın 4-də və 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 70,2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 52,4 kiloqrama yaxın heroin, 7,2 kiloqramdan çox marixuana, 41 qram tiryək, həmçinin 10,5 kiloqramdan çox metamfetamin olub.

Qeyd edilib ki, bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.