logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb

10:10 06-02-2023 | icon 1183
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 97 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarılan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.