logo

Qubada ağır avtoqəza: ölən və yaralanan var

20:30 04-02-2023 | icon 1050
Qubada ağır avtoqəza: ölən və yaralanan var

Fevralın 4-də Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzada həyatını itirən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.