logo

Rumıniya prezidentinin Azərbaycana səfəri başa çatıb

13:53 03-02-2023 | icon 1078
Rumıniya prezidentinin Azərbaycana səfəri başa çatıb

Rumıniya prezidenti Klaus Yohannisin Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 3-də başa çatıb.

YeniAvropa xəbər verir ki, Azərbaycanın və Rumıniyanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rumıniya prezidenti Klaus Yohannisi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.