logo

Sabah Bakıda 9° isti olacaq

12:12 03-02-2023 | icon 1001
Sabah Bakıda 9° isti olacaq

Azərbaycanda fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 9-14°, gündüz 0-5° şaxta olacağı bildirilir.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.