İlham Əliyev Avropa İttifaqı komissarını qəbul edib
Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı tədbirdə iştirakına görə Kadri Simsona təşəkkürünü bildirib. Prezident İlham Əliyev ötən ilin iyulunda Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədə uyğun olaraq, ölkəmizin qaz istehsalını 2027-ci ilədək artırmaq niyyətində olduğunu və Aİ-yə üzv ölkələr arasında qurulan interkonnektorlar vasitəsilə yeni bazarlara çıxış imkanlarının yarandığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Yaşıl enerji üzrə nazirlərin 1-ci iclasının, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında nazirlər səviyyəsində görüşün keçiriləcəyini qeyd edib.
Ölkəmizin bərpaolunan enerji sahəsində böyük resurslarının olduğunu vurğulayan dövlət başçısı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış sənədin də ölkəmizin bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin Avropa bazarına çıxarılması üçün böyük perspektivlər vəd etdiyini bildirib.
Azərbaycan prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılacaq müzakirələr nəticəsində yeni təşəbbüslərin və ideyaların yaranacağına ümidvar olduğunu qeyd edib.
Kadri Simson Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna görə təşəkkürünü ifadə etdi və Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rolunun, enerji təhlükəsizliyinə verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Qonaq deyib ki, hazırda Aİ məkanında enerji təhlükəsizliyi baxımından gərgin zamanda Azərbaycanın dəstəyi və yardımı yüksək qiymətləndirilir. Energetika məsələləri üzrə komissar bildirdi ki, Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır, həmçinin Azərbaycanla elektrik enerjisi ilə bağlı əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək onu nəzərdən keçirir və bu istiqamətdə də əməkdaşlığa hazırdır.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına verdiyi töhfəsinin və Brüssel sülh prosesinin əhəmiyyəti vurğulanıb.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb
BMT-nin yüksək səviyyəli iclasında Ermənistanın ekoloji terrorundan danışılıb
Cüdoçularımız Antalya “Böyük dəbilqə”sində mübarizəyə başlayırlar
Azərbaycanlıların 1918-ci il soyqırımından 105 il ötür
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 110-cu günü
Ceyhun Bayramov Fələstin prezidenti ilə görüşüb
Azərbaycan və Fələstin XİN başçılarının görüşü olub
UEFA Türkiyənin üç klubunu cəzalandırıb
Ceyhun Bayramov Fələstinin baş naziri ilə görüşü olub
Müdafiə Nazirliyi:İranın ittihamı əsassız və tamamilə qəbuledilməzdir
Paytaxtda şimal küləyi 38 metr/saniyəyədək güclənəcək
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiqinə başlayıb
Fələstində nümayəndəliyin açılması əməkdaşlığı yeni mərhələyə çıxaracaq-XİN
Cüdoçularımızın Antalya “Böyük dəbilqə”sindəki ilk rəqibləri bəlli olub
Bu gün 355 doza vaksin vurulub
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub,4 nəfər ölüb
Rusiyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr təyin edilib
Azərbaycanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb
XİN:Ermənistan hərbi qüvvələrini Azərbaycandan tamamilə çıxarmalıdır
Azərbaycan və Fələstin XİN başçılarının Ramallahda görüşü olub
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni binasının açılışında iştirak edib
Ceyhun Bayramov İsrail prezidenti ilə görüşüb
Əlixan Smayilov yenidən Qazaxıstanın baş naziri təyin edilib
Macarıstan şirkəti Azərbaycanda enerji içkiləri istehsal edəcək