logo

Qaxda qar örtüyünün hündürlüyü 19 santimetrə çatır

09:29 03-02-2023 | icon 1099
Qaxda qar örtüyünün hündürlüyü 19 santimetrə çatır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 3-nə olan məlumatına əsasən hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda isə qar yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı: İsmayıllı, Şamaxı, Qaxda 13, Ağsu, Xaltanda 12, Altıağacda 11, Balakən, Qəbələ, Şahdağ, Şəkidə 10, Ağdərə, Qobustanda 9, Zaqatalada 8, Oğuzda 7, digər rayonlarda 1-6, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Dağlıq və dağətəyi rayonlarda müşahidə olunan qar nəticəsində qar örtüyü əmələ gəlib, hündürlüyü Qaxda 19, Altıağacda 17, Xaltanda 12, Şahdağ, Qrızda 10, Şamaxıda 6, Qobustanda 4, Qusarda 2, Qubada 1 santimetr təşkil edib.

Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Hacıqabul, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi əsib, Tərtər, Naxçıvanda saniyədə 16, Bakıda 18 metrədək güclənib.

Fevralın 3-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvanda 5°-dək şaxta, dağlıq rayonlarda 11°-dək şaxta, aran rayonlarında 3-6° isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti fevralın 3-ü axşamadək davam edəcək, fevralın 4-ü havanın mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.