logo

Bu gün 193 doza vaksin vurulub

18:18 02-02-2023 | icon 1659
Bu gün 193 doza vaksin vurulub

Fevralın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 193 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 63, ikinci doza vaksinlərin sayı 835 üç və daha çox doza vaksinlərin sayı 86, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 9-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 943 min 49, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 469, ikinci mərhələ üzrə 4 milyon 877 min 147, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 143, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 290-dır.