logo

Azərbaycanda daha 35 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

17:50 02-02-2023 | icon 1722
Azərbaycanda daha 35 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 35 yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 18 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 739 nəfər müalicə olunaraq sağalıb, 10 min 92 nəfər vəfat edib. Aktiv xəstə sayı 187 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 834, bu günə qədər isə ümumilikdə 7 milyon 491 min 233 test icra olunub.