logo

Baş Prokurorluq Naxçıvanın sabiq prokurorunun həbsi xəbərini yalanladı

11:11 02-02-2023 | icon 1050
Baş Prokurorluq Naxçıvanın sabiq prokurorunun həbsi xəbərini yalanladı

“Bakupost.az” və digər bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”, - deyə məlumatda qeyd edilib.